Məzmur 136
1 Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir!
2Allahların Allahına şükür edin,
Çünki məhəbbəti əbədidir!
3Hökmranların Hökmranına şükür edin,
Çünki məhəbbəti əbədidir!
4Yalnız Odur böyük xariqələr yaradan,
Çünki məhəbbəti əbədidir!
5 Odur göyləri hikməti ilə quran,
Çünki məhəbbəti əbədidir!
6 Odur yerin təməlini sular üstündə qoyan,
Çünki məhəbbəti əbədidir!
7 Odur böyük işıqları yaradan,
Çünki məhəbbəti əbədidir!
8Gündüzü günəşin hökmü altına saldı,
Çünki məhəbbəti əbədidir!
9Gecə ay-ulduzların hökmü altında oldu,
Çünki məhəbbəti əbədidir!
10 O, Misirlilərin ilk oğullarını qırdı,
Çünki məhəbbəti əbədidir!
11 İsrail nəslini Misirlilərin arasından çıxartdı,
Çünki məhəbbəti əbədidir!
12İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı,
Çünki məhəbbəti əbədidir!
13 Qırmızı dənizi iki yerə yardı,
Çünki məhəbbəti əbədidir!
14İsrailliləri dənizin ortasından keçirtdi,
Çünki məhəbbəti əbədidir!
15Fironla ordusunu Qırmızı dənizdə batırdı,
Çünki məhəbbəti əbədidir!
16O, xalqını səhrada apardı,
Çünki məhəbbəti əbədidir!
17O, böyük padşahları vurdu,
Çünki məhəbbəti əbədidir!
18O, güclü padşahları qırdı,
Çünki məhəbbəti əbədidir!
19 Emor padşahı Sixonu vurdu,
Çünki məhəbbəti əbədidir!
20 Başan padşahı Oqu öldürdü,
Çünki məhəbbəti əbədidir!
21Onların torpaqlarını irs olaraq verdi,
Çünki məhəbbəti əbədidir!
22Bu yerləri qulu İsrail nəslinin mülkü etdi,
Çünki məhəbbəti əbədidir!
23O, miskin halımızda bizi yaddan çıxarmadı,
Çünki məhəbbəti əbədidir!
24Bizi düşmən əlindən qurtardı,
Çünki məhəbbəti əbədidir!
25O, bəşəriyyətə ruzi verir,
Çünki məhəbbəti əbədidir!
26Göylərin Allahına şükür edin,
Çünki məhəbbəti əbədidir!

Notes


*136:1 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezra 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; Yer. 33:11

*136:5 Yar. 1:1

*136:6 Yar. 1:2

*136:7 Yar. 1:16

*136:10 Çıx. 12:29

*136:11 Çıx. 12:51

*136:13 Çıx. 14:21-29

*136:19 Say. 21:21-30

*136:20 Say. 21:31-35